“ABŞ, İran ilə imzalanan nüvə müqaviləsinə sadiq qalmadı”: Fihn

Silahların məhv edilməsi Kampaniyası (ICAN) Nobel Sülh Mükafatının laureatı Nüvə üzrə Direktoru Beatrice Fihn ABŞ-na çağırış edib ki, 2015-ci ildə İran ilə imzalanan nüvə razılaşmasına sadiq qalsın.

955385
“ABŞ, İran ilə imzalanan nüvə müqaviləsinə sadiq qalmadı”: Fihn

ICAN Direktoru Fihn, Nüvə Silahların İxtisarı müqaviləsi ilə əlaqəli qarşıdakı həftə başlayacaq və iki həftə davam edəcək konfrans əvvəli BMT-nin Cenevrə Ofisində təşkil etdiyi mətbuat konfransında, ABŞ-nın İran ilə imzalanan nüvə razılaşmasının ləğv ediləcəyi sözünə reaksiya verərək: “ABŞ-ın bu söz narahatlıq yaradır. ABŞ-ın razılaşmanı nə üçün ləğv etmək istədiyini idrak etməkdə çətinlik çəkirəm. Əgər ABŞ üçün təhlükəsizlik təhdidi varsa, bu bütün dünyanı maraqlandırmalıdır. ABŞ-a bu fikrindən imtina etməsi haqqında çağırış edirik. nüvə razılaşmanın Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya kimi tərəfləri də bu mövzuda ABŞ-a təzyiq etməlidilər”

Soyuq müharibədən (1947-1991)- bəri nüvə silah məsələsinin ilk dəfə dünya gündəmində bu qədər ciddi müzakirə olunmağa başladığını ifadə edən Fihn vurğulayıb ki, nüvə silaha malik ölkələr beynəlxalq hüquq və insan haqlarına hörmət göstərməlidilər. Həmçinin bütün millətlər və kütləvi informasiya vasitələri, bu ölkələrə təzyiq etməlidilər ki nüvə silahlardan imtina etsinlər.

ABŞ prezidenti Donald Trampın, Şimali Koreya lideri Kim Jong-un ilə planlaşdırdığı zirvə toplantısına da toxunan Fihn: "Biz bu zirvə qərarını yüksək qiymətləndirdik. Təhdidlər əvəzinə yenidən diplomatiyaya müraciət ən doğru addımdır”.



Әlaqәli Xәbәrlәr