“Wall Street Journal” qezetinin iddiası: "Suriyada ərəb gücü vəzifədə olacaq

ABŞ-da dərc olunan “Wall Street Journal” qəzeti Donald Tramp  rəhbərliyinin Suriyada Ərəb gücü qurmaq üçün addım atdığını yazıb.

954244
“Wall Street Journal” qezetinin iddiası: "Suriyada ərəb gücü vəzifədə olacaq

ABŞ-da dərc olunan “Wall Street Journal” qəzeti Donald Tramp  rəhbərliyinin Suriyada Ərəb gücü qurmaq üçün addım atdığını yazıb.

Xəbərə görə Ərəb ölkələrindən əsgər  istənəcək və Suriyadakı Amerika qüvvələrinin yerinə vəzifədə olacaq.

Vaşinqton dəstək təmin etmək üçün Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərilə əlaqə saxlayır.

Qəzet xəbərin mənbəyini ABŞ-lı məsullara əsaslandırıb.

Xəbərdə Yeni Milli Təhlükəsizlik məsləhətçisi Con Baltının Misir Kəşfiyyatının sədri ilə görüşdüyü də bildirilib. 

Qəzetin xəbərilə eyni zamanda olmaqla Səudiyə Ərəbistanında da iddialarla əlaqəli açıqlama verildi.

Ölkənin Xarici İşlər naziri Adil Əl-Cübeyr Körfəz ölkələrindən maliyyə dəstəyi istənəcəyi barədəki iddiaların keçmişdə də gündəmə gətirildiyini xatırladıb.

Koalisiyadan təklif olacağı təqdirdə ölkəsinin hazır olduğunu vurğulayan nazir “Səudiyyə Ərəbistanı üzərinə düşəni yerinə yetirəcəkdir” deyib.

ABŞ Müdafiə Nazirliyi isə mövzuya dair təfərruat verməyib.

Pentaqon sözçüsü Erik Pahon sadəcə “Gələcək planları ilə əlaqəli müttəfiqlərimiz və tərəfdaşlarımızla həmrəylimiyimiz davam edəcək” deyib.



Әlaqәli Xәbәrlәr