Mariya Zaxarova ABŞ-ın Rusiyaya qarşı siyasətini "B planı" adlandırdı

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya zaxarova Orta Şərq və Şimali Afrikadakı məqsədlərinə çatmayn Amerika Birləşmiş Ştatlarının "B planı"na keçdiyini, Rusiyaya qarşı sanksiya və gözdağı vermə siyasəti yürütdüyünü söylədi.

953379
Mariya Zaxarova ABŞ-ın Rusiyaya qarşı siyasətini "B planı" adlandırdı

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Rossiya 24" televiziya kanalına müsahibə verdi.

Zaxarova müsahibəsində ABŞ-ın Rusya ilə münasibətlərində yürütdüyü siyasəti davamlı sanksiya və gözdağı siyasəti kmi səciyyələndirərək, bunu "B planı" adlandırdı.

Sözçü Vaşinqtonun bu siyasəti Orta Şərq və şimali Afrikadakı məqsədlərinə çata bilmədiyi üçün həyata keçirdiyini iddia etdi.

ABŞ-ın heç bir reallığa əsaslanmayan yeni sanksiyalar tətbiq etməyə davam etdiyini qeyd edən Zaxarova: "Daha əvvəl bizə: "Ukraynaya görə sizi cəzalandıracağıq" deyirdilər, indi isə bu ifadələr dəyişib. Bizi əslində, beynəlxalq arenada olduğumuz üçün cəzalandırırlar"dedi.

 



Әlaqәli Xәbәrlәr