"Rəsmi Vaşinqton və Moskva dil tapmazsa, Suriyadakı vəziyyət düzəlməz", F.U.Steinmeier

Almaniya prezidenti Frank-Uolter Steinmeier Amerika Birləşmiş Ştatları, İngiltərə və Fransanın Suriya hökumətinə qarşı hücumuna münasibət bildirib.

952050
"Rəsmi Vaşinqton və Moskva dil tapmazsa, Suriyadakı vəziyyət düzəlməz",  F.U.Steinmeier

   F.U.Steinmeier Almaniyanın "Bild am Sonntag" qəzetinə verdiyi müsahibədə deyib:  "Bu hücum amansızlıqların cəzasız qalmayacağına bir işarə olsa da, 7 ildir davam edən Suriya müharibəsində ilk dəfə Amerika və Rusiya silah sistemlərinin qarşı-qarşıya gəlməsi ciddi narahatlıq yaratdı… Bu gün Rusiya-ABŞ münasibətlərindəki gərginliyin növbəti mərhələsinə gəldi… Suriyada dinc gələcək üçün yol axtarmaq lazımdır, növbəti hava zərbəsi deyil. Bu məsələdə ABŞ və Rusiya böyük məsuliyyət daşıyır. Putin və Tramp buna görə dünyaya borcludur. Rəsmi Vaşinqton və Moskva Suriya məsələsində bir-birinə yaxınlaşan yolu tapa bilməzsə, Suriyadakı vəziyyətin düzəlməsi ehtimalı sıfırdır".



Әlaqәli Xәbәrlәr