"Tramp sadəcə günahkar deyil, ikinci Adolf Hitlerdir” A.Şerin

Amerika Birləşmiş Ştatları, İngiltərə və Fransanın Suriyaya təcavüzünə qarşı açıqlama verən Rusiya prezidenti Vladimir Putin hücumu kəskin şəkildə qınadıqlarını söyləyib.

951629
"Tramp sadəcə günahkar deyil, ikinci Adolf Hitlerdir” A.Şerin

    V.Putin deyib: “Hücum terrorizmlə mübarizə aparan suveren dövlətə qarşı təcavüz aktı kimi qiymətləndirilməlidir və bu hadisə bütün beynəlxalq münasibətlər sistemi üzərində dağıdıcı təsir yaradacaq.”

  Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya qarşı təşkil etdikləri hava hərəkatını qanunsuz və yolverilməz adlandıraraq bildirib: “Suriyaya qarşı hücum qanunsuz və qəbuledilməzdir. Qərb ölkələri mətbuat və sosial mediada yer alan heç bir əsası olmayan məlumatlar yayır… Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla kimyəvi silahdan istifadə iddiası ilə bağlı danışmaq istədiyini bildirsə də, Parisdən rədd cavabı verildi.”  

  Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da ABŞ, İngiltərə və Fransanın Suriya hökumətinə qarşı təcavüzüylə bağlı dairsosyal media hesabından verdiyi açıqlamada bildirib: “Əvvəlcə Suriya xalqı üçün “Ərəb baharı” təşkil olundu, sonra DAEŞ, indi də ABŞ-ın raket hücumu. Uzun illər terrorçu hücumlarına qarşı ayaqüstündə qalmağa çalışan suveren dövlətə zərbələr vurulur… Bütün bunların arxasında "dünyada özünü seçilmiş elan edən” dövlət başçıları durur. Suriya sülhün bir addımlığında ikən təcavüzə məruz qaldı… Ağ Ev mediada çıxan məlumatlara görə Suriyada kimyəvi hücum törədildiyini əmin olduğunu bildirir. 15 il əvvəl Ağ Ev “təcrübə balonu”ndan istifadə etdi, indi isə onun yerinə medianın adını çəkir. Bu hadisədə Amerika və digər Qərb mediası məsuliyyətini dərk etməlidir.”

  Rusiya parlamentinin alt qanadı Dumanın Müdafiə Komitəsinin sədri Aleksandr Şerin isə bu açıqlamanı verib: “ABŞ Suriyaya qarşı hücumlarla bütün beynəlxalq hüquqi normaları pozub və Rusiya bunu təcavüz aktı olaraq qiymətləndirir… ABŞ prezindenti Donald Tramp yalnız dünya miqyaslı bir günahkar deyil, ikinci Adolf Hitlerdir, suveren bir dövlətə qarşı müharibə aparır.”

 Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov da bəyanat verərək Suriyaya qarşı həyata keçirilən hücumların nəticəsiz qalmayacağını bu sözlərlə bildirib: “Ən böyük narahatlığımız baş verdi. Çağırışlarımız nəzərə alınmadı. Əvvəlcədən hazırlanan ssenari tətbiq olunur. Amma bu hərəkətlər cavabsız qalmayacaq. Bütün məsuliyyəti rəsmi Vaşinqton, London və Paris daşıyır. Rusiya prezidentinin təhqir edilməsi qəbul oluna bilməz".

  Xatırladaq ki, ABŞ, İngiltərə və Fransa dünən səhər Suriyanın Duma bölgəsində ötən həftə (7 aprel) 78 insanın ölümülə nəticələnən kimyəvi silah hücumu iddiası ilə Suriya ordu qüvvələrinə qarşı hava hərəkatı keçirib.



Әlaqәli Xәbәrlәr