Yens Stoltenberq: "Hərbi əməliyyatı dəstəkləyirik''

''Kimyəvi hücuma görə məsuliyyət daşıyan hər kəs cavab verməlidir".

951229
Yens Stoltenberq: "Hərbi əməliyyatı dəstəkləyirik''

"Hərbi əməliyyatı dəstəkləyirik. Kimyəvi hücuma görə məsuliyyət daşıyan hər kəs cavab verməlidir".

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberqin bəyanatında deyilir.

Yens Stoltenberq  ABŞ , İngiltərə  və Fransanın Bəşər Әsədin  kimyəvi silah bazalarına yönəlmiş hərbi əməliyyatını dəstəklədiyini ifadə edərək, bu hücumun rejimin Suriya  xalqına yenidən kimyəvi hücum təşkil etmək gücünü zəiflədəcəyini deyib.

"Kimyəvi silahların istifadəsi qəbuledilməzdir və məsuliyyət daşıyanlar cavab verməlidir. NATO kimyəvi silahlardan istifadəni beynəlxalq sülhə bir təhdid olaraq görür", - deyə Yens Stoltenberq vurğulayıb.

NATO-nun  Şimali Atlantika Şurası Suriyada keçirilәn hәrbi әmәliyyatla bağlı bu gün fövqәladә iclas keçirәcәk.

Bu barәdә Şimali Atlantika Şurasının  rәsmi nümayәndәsi mәlumat verib. Mәlumatda әmәliyyatla bağlı NATO-nun digәr üzvlәrinә mәlumat verilәcәyi bildirilib.

NATO-nun Baş katibi Yens Stoltenberqin sәdrliyi ilә keçirilәcәk iclasda  29 üzv ölkәnin daimi nümayәndәlәri iştirak edәcәklәr.

 

 



Әlaqәli Xәbәrlәr