Sergey Lavrov: "Suriyadakı kimyəvi hücum iddiaları səhnələşdirilmiş tamaşadır"

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Suriyanın Duma rayonuna kimyəvi hücum iddialarının səhnələşdirilmiş tamaşa olduğunu bildirdi.

950845

Hollandiya Xarici İşlər naziri Stef Blok ilə paytaxt Moskvada baş tutan görüşündən sonra birgə mətbuat konfransında çıxış edən Lavrov Dumadakı kimyəvi silah hücumu haqqında: "Bunun yeni bir səhnələşdirilim tamaşa və arxasında rusofobiya kampaniyasının ilk cərgələrində olmağa həvəs göstərən bir ölkənin kəşfiyyatının olduğunu sübut edən dəqiq məlumatlarımız var" dedi.

Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının ekspertlərinin sabah Suriyanın paytaxtı Dəməşqə gedəcəyini xatırladan Lavrov heyətin vaxt itirmədən kimyəvi silah, xlor, və ya başqa bir maddədən istifadəyə dair heç bir dəlil tapılmayan Dumaya getməsini gözlədiklərini qeyd etdi.

Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı heyətinin getməyə həvəssiz olduğuna diqqət çəkən Lavrov heyətin Suriya səfərinin Moskva və Dəməşqin təzyiqi ilə mümkün olduğunu vurğuladı.

Sergey Lavrov Liviya və İraqdakı təcrübələrin Suriyada təkrarlanmamasına ümid etdiyini qeyd etdi.

Әlaqәli Xәbәrlәr