NATO Şərqi Qutada törәdilәn kimyәvi hücumu qınadı
Bu barәdә NATO-nun Baş katibi Yens Stoltenberq mәlumat verdi.
950333
NATO-nun Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) Şərqi Qutada törәdilәn kimyәvi hücumu qınadıqlarını deyib.
Slovakiya baş naziri Peter Palleqriniylә (Peter Pellegrini) keçirdiyi görüşdәn sonra tәşkil olunan mətbuat konfransında çıxış edәn Yens Stoltenberq : "Bunu törәdәnlәr cavab vermәlidirlәr’’deyib.
Bәşәr Әsәd rejiminin daha әvvәl dә kimyәvi silahdan istifadә etdiyini xatırladan Stoltenberq NATO müttәfiqlәrinin hücuma necә cavab verәcәklәrini müzakirә etdiklәrini vurğulayıb.
Qeyd edәk ki, aprelin 7-dә Bәşәr Әsәd rejimi Şәrqi Qutanın Duma qәsәbәsinә kimyәvi silahla hücum etmişdi. Xain hücum nәticәsindә 78 dinc sakin hәlak olmuşdu.