Mayk Pompeo Senatın Xarici Əlaqələr Komitəsinin ciddi sualları ilə qarşılaşdı

Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) sabiq rəhbəri Mayk Pompeo (Mike Pompeo) Senatın Xarici Əlaqələr Komitəsində sualları cavablandırdı.

950501
Mayk Pompeo Senatın Xarici Əlaqələr Komitəsinin ciddi sualları ilə qarşılaşdı

Amerika Birləşmiş Ştatlarında sabiq dövlət katibi Reks Tillersonun (Rex Tillerson) vəzifədən uzaqlaşdırılmasından sonra yerinə namizəd olaraq göstərilən Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) sabiq rəhbəri Mayk Pompeo (Mike Pompeo) Senatın Xarici Əlaqələr Komitəsində sualları cavablandırdı.

Pompeo Suriyada hadisələrin son vəziyyəti ilə əlaqədar şərhlər verməkdən çəkindi, bu ölkədəki əsas  hədəfin "Əsəddən sonrakı dövr" olduğunu bildirdi.

Pompeo:"Bir başqa hədəf isə zorakılığı dayandıra biləcəyimiz daha sabit vəziyyətin əldə olunmasıdır. Bunun sayəsində idarəetmə Suriya xalqının öz əlinə keçə bilər" dedi.

Suriyanı "uğursuz dövlət" ifadəsi ilə səciyyələndirən Pompeo bu ölkənin insan haqları, regional sabitlik və ABŞ-nın milli təhlükəsizliyi baxımından təhlükə təşkil etdiyinə diqqət çəkdi.

Mayk Pompeo "ABŞ prezidenti Donal Trampın Siruyanı vurma qərarını verməsi halında, bunun Konqresin təsdiqinə ehtiyac olacaqmı?" sualına prezidentin bu qərarı vermə hüququna malik olduğunu bildirdi.

Rusiyanın aqressiv rəftarının bu günə qədər Rusiyaya qarşı yürüdülən "yumşaq siyasət"in nəticəsi olduğunu irəli sürən Pompeo: "Artıq bu bitdi. Əlimizdə Rusiya prezidenti Vladimir Putinin verdiyi ziyanın uzun bir siyahısı var. Hal-hazırda onsuz da güclü olan ordumuzu yenidən quraraq nüvə fəaliyyətlərinin məhdudlaşdırılması istiqamərindəki siyasətimizi gücləndirəcəyik" dedi.

Pompeo ABŞ-ın Rusiyaya qarşı "sərt siyasəti"nə nümunə olaraq koalisiya qüvvələrinin fevral ayında Suriyanın Deyrizor şəhərində terror təşkilatı DEAŞ-a qarşı  təşkil etdiyi hava hücumunu xatırladaraq: "Ruslar öz miqyasları ilə qarşılaşdılar. Bir neçə yüz rus öldü" ifadələrini işlətdi.

Bu arada, Pompeo çıxışına başlamazdan əvvəl kiçik bir qrup tərəfindən etirazla qarşılandı. Təhlükəsizlik əməkdaşları etirazçıları iclas zalından çıxardılar.

 

 



Әlaqәli Xәbәrlәr