Tramp Qətər əmiri ilə görüşdü

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Ağ Evdə Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Sani ilə görüşdü.

948764
Tramp Qətər əmiri ilə görüşdü

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Ağ Evdə Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Sani ilə görüşdü.
 
 Tramp ilə Şeyx Təmim görüşdən əvvəl mətbuat nümayəndələrinə gündəlikdəki məsələlərə dair açıqlamalar verdilər.
 
 Qətər əmirinə "dostum" deyə xitab edən Tramp:"Orta Şərqin bu bölgəsində birlik üçün çalışırıq və çox əhəmiyyətli irəliləyişlər var" dedi.
 
 Qətərin ABŞ-dan külli miqdarda yeni silahlar almağa qərar verdiyini vurğulayan Tramp  iki ölkənin bir çox sahədə birlikdə və çox yaxşı işlədiyini qeyd etdi.
 
 Terrorizmin maliyyələşdirilməsi mövzusundakı proseslərə də toxunan ABŞ prezidenti: "Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər və bəzi digər ölkələr terroru maliyyələşdirməyi dayandırır" dedi.
 
 Qətər Əmiri Şeyx Təmim: "Biz terrorizmi maliyyələşdirən şəxslərə qarşı tolerantlıq nümayiş etdirməmişik və etdirməyəcəyik. Regionda terrorizmin maliyyələşdirilməsinin dayandırılması məsələsində ABŞ ilə birlikdə fəaliyyət göstəririk" deyə danışdı.
 
 Şeyx Təmim Suriyadakı kimyəvi silah hücumundan sonrakı proseslərə də diqqət çəkərək: "Bu gün Suriya xalqının çəkdiyi ağrı-acıdan da danışacağıq. Mən və prezident Tramp bu məsələnin dərhal bitməsinin tərəfdarıyıq. Bir müharibənin günahkarına və öz xalqının yarım milyondan artıq insanının ölümünə səbəb olan birinə güzəştə getməyəcəyik" dedi.
 
 Şeyx Təmim ABŞ ilə Qətər arasında 125 milyard dollarlıq iqtisadi əməkdaşlıqdan da danışdı, bu rəqəmin iki dəfə çoxalması üçün səy göstərdiklərini dilə gətirdi.
 
 Qətər əmiri  Qətər böhranı və Körfəz Əməkdaşlıq Şurasının üzv ölkələri arasındakı problemlərin həlli üçün Trampa təşəkkür etdi.



Әlaqәli Xәbәrlәr