"Kimyəvi maddə tətbiq edilib, lakin məhz hansı maddədən istifadə olunduğu hələ məlum deyil",H. Noert

ABŞ  Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizır Noert (Heather Nauert) Suriyada rejimin mühasirəsində olan Duma şəhərində kimyəvi maddə tətbiq edildiyini bildirdi.

948714
"Kimyəvi maddə tətbiq edilib, lakin məhz hansı maddədən istifadə olunduğu hələ məlum deyil",H. Noert

ABŞ  Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizır Noert (Heather Nauert) Suriyada rejimin mühasirəsində olan Duma şəhərində kimyəvi maddə tətbiq edildiyini, lakin məhz hansı maddədən istifadə olunduğunun hələ məlum olmadığını bildirdi.

Noert təşkil edilən mətbuat konfransında Suriyada baş verənlərə və istiqamətləndirilən sualara cavabən bildirib ki, ABŞ-ın kəşfiyyatı, Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın (KSQT) məlumatı var. Dumada kimyəvi silahdan istifadə edildiyi çox açıqdır. KSQT bölgəyə gədərək məlumat əldə edəcək.Bu əhəmiyyətlidir və gördükləri iş ən yüksək səviyyədədir, onlara etimad edirik. ABŞ hökumətinin isə mövzunu tədqiq edəcək özünün mexanizmləri var. Bunlar kəşfiyyatla əlaqəli mövzulardır. Biz müttəfiqlərimiz, tərəfdaşlarımızla bir-birimizə məlumat ötürürük. KSQT-nı tanıyırıq. Sadəcə nə istifadə edildiyinə yox, kimin tərəfindən istifadə edildiyini də bilməyə ehtiyacımız var.

Qeyd edək ki, Əsəd rejiminin Şərqi Qutada müxalifətin nəzarətindəki son bölgə olan Duma qəsəbəsində mülki yaşayış məntəqələrinə aprelin 7-də kimyəvi silahla etdiyi hücumda 78 dinc vətəndaş həyatını itirib.



Әlaqәli Xәbәrlәr