“Bu raketlər qanuni hökumətlərə deyil, terrorçulara doğru uçmalıdır”, M.Zaxarova

Zaxarova ABŞ-ın “ağıllı raketlərlə” Suriyada istifadə olunduğu iddia edilən kimyəvi hücumun dəlillərini yox edə biləcəyini də bildirib.

949176
“Bu raketlər qanuni hökumətlərə deyil, terrorçulara doğru uçmalıdır”, M.Zaxarova

“Bu raketlər qanuni hökumətlərə deyil, terrorçulara doğru uçmalıdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova sosial şəbəkədə özünün səhifəsində yazıb.

“Ağıllı raketlər qanuni hökumətlərə deyil, terrorçulara doğru uçmalıdır”, - deyə nazirlik rəsmisi vurğulayıb.

Zaxarova ABŞ-ın “ağıllı raketlərlə” Suriyada istifadə olunduğu iddia edilən kimyəvi hücumun dəlillərini yox edə biləcəyini də bildirib.

"Bəs, Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın üzvlərinə ağıllı raketlərin kimyəvi silahdan istifadəsilə əlaqəli bütün dəlilləri məhv edə biləcəyinə dair xəbərdarlıq edildimi? Yoxsa bütün bu düşüncələrin məqsədi ağıllı raket hücumu ilə təxribatçılığın bütün izlərini yox etmək və təşkilatın mütəxəssislərinin sübut kimi axtara biləcəyi bir şey buraxmamaqdırmı?"-deyə Zaxarova vurğulayıb. 



Әlaqәli Xәbәrlәr