Pentaqon Əsəd rejiminin kimyəvi silah hücumunaa cavab hazırlayır

Pentaqon prezident Donald Trampa Əsəd rejiminin şənbə günü Suriyanın mühasirədə olan Duma rayonuna etdiyi kimyəvi silah hücumuna cavab vermək üçün bir sıra hərbi variant təqdim edir.

947889
Pentaqon Əsəd rejiminin kimyəvi silah hücumunaa cavab hazırlayır

Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi (Pentaqon) prezident Donald Trampa Əsəd rejiminin şənbə günü Suriyanın mühasirədə olan Duma rayonuna etdiyi kimyəvi silah hücumuna cavab vermək üçün bir sıra hərbi variant təqdim edir.
 
 ABŞ Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü, polkovnik Patrik Rayder (Patrick Ryder) "Amerikan ordusu sözügedən kimyəvi hücumu necə dəyərləndirir?" və "Buna hərbi cavab verilməlidirmi?" suallarını cavablandırarkən: "Televiziya ekranlarında gördüyümüz fotoşəkillər dəhşətlidir. Qəti şəkildə hərbi variantı dəyərləndiririk" dedi.
 
Sonra polkovnik Rayder bunları qeyd etdi:"Cavabın alternativləri barəsində danışmayacağam. Bu məsələ ilə bağlı vəzifəmiz prezidentə variantlar təqdim etməkdən ibarətdir. Potensial hərbi variantları nəzərdən keçiririk və bunları prezidentə təqdim edirik".
 
 ABŞ ordusunun komandanları Ağ Evdəki milli təhlükəsizlik iclasında iştirak etmək üçün paytaxt Vaşinqtondadırlar.
 
 Trampın kabinetin iclasında 78 nəfərin həlak olduğu kimyəvi silah hücumuna cavab vermək üçün 24 -48 saat ərzində böyük qərar  qəbul edəcəyini bəyan etməsi ABŞ-ın Suriya rejiminə hücum edəcəyi istiqamətindəki şərhlərə səbəb oldu.
 
 Digər tərəfdən Trampın başda Fransa və İngiltərə olmaqla, bir çox ölkə lideri ilə görüşməsi ABŞ-ın belə bir hücumu təkbaşına etməyəcəyi qənaətini doğurdu.



Әlaqәli Xәbәrlәr