İƏT Suriya rejiminin Dumadakı kimyəvi silah hücumunu qınadı

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Suriya rejiminin Dumadakı kimyəvi silah hücumunu qınadı.

947015
İƏT Suriya rejiminin Dumadakı kimyəvi silah hücumunu qınadı

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Suriya rejiminin Dumadakı kimyəvi silah hücumunu qınadı.

İƏT-nin yazılı bəyanatında bildirilib ki, Əsəd rejiminin Suriyanın paytaxtı Dəməşqə bağlı Şərqi Qutanın Duma bölgəsinə təşkil etdiyi kimyəvi silah hücumunu qınayırıq. Hücum mülki vətəndaşların həlakına səbəb olub. Bu da beynəlxalq hüquqla yanaşı sadə humanitar əsaslara da ziddir. Buna görə də müharibə və insanlıq cinayətidir.

Bəyanatda İƏT-nin Baş katibi Yusif bin Əhməd əl-Useymin də sözləri yer tutub. Baş katib Bəşər Əsədin yaşayış məntəqələri və müdafiəsiz dinc vətəndaşlara istiqamətli hücumlarını davam etdirmə səylərini qınadığını bildirib.

Qeyd edək ki, Əsəd rejiminin Şərqi Qutada müxalifətin nəzarətindəki son bölgə olan Duma qəsəbəsində mülki yaşayış məntəqələrinə aprelin 7-də kimyəvi silahla etdiyi hücumda 78 dinc vətəndaş həyatını itirib.



Әlaqәli Xәbәrlәr