BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı təcili iclas keçirəcək

Bu barәdә ABŞ-ın BMT-dәki daimi tәmsilçiliyindәn verilәn mәlumatda bildirilib.

BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı təcili iclas keçirəcək

Suriyada kimyəvi silahdan istifadə olunmaqla hücumun törədilməsinə dair xəbərlər yayıldıqdan sonra doqquz ölkə BMT Tәhlükәsizlik Şurasının  iclasının çağırılması tələbini dəstəkləyib.

Bu barәdә ABŞ-ın BMT-dәki daimi tәmsilçiliyindәn verilәn mәlumatda bildirilib.

Mәlumata görә, iclas aprelin 9-da ( bu gün) keçirilәcәk.

Böyük Britaniya, Fransa, Polşa, ABŞ,  Niderland, İsveç, Küveyt, Peru və Kot-di-Vuar Suriyada kimyəvi silahdan istifadəyə dair yayılan xəbərləri müzakirə etmək üçün BMT TŞ-in təcili iclasının çağırılmasını tələb ediblər.

Qeyd edәk ki, Bәşәr Әsәd rejiminin müxaliflәrin nәzarәtindәki Duma bölgәsinә kimyәvi silahla tәşkil etdiyi hücum nәticәsindә  78 dinc sakin hәlak olub.



Әlaqәli Xәbәrlәr