ABŞ-da yaşayan fələstinlilər etiraz mitinqi keçirdilər

Amerika Birləşmiş Ştatlarında yaşayan fələstinlilər və onlara dəstək verən bəzi yəhudi təşkilatları  İsrailin Vaşinqton Səfirliyi qarşısında etiraz mitinqi keçirərək, Qəzza Zolağındakı hadisələrdə 31 fələstinlinin İsrail əsgərləri tərəfindən şəhid edilməs

947154
ABŞ-da yaşayan fələstinlilər etiraz mitinqi keçirdilər

Amerika Birləşmiş Ştatlarında yaşayan fələstinlilər və onlara dəstək verən bəzi yəhudi təşkilatları İsrailin Vaşinqton Səfirliyi qarşısında etiraz mitinqi keçirərək, Qəzza Zolağındakı hadisələrdə 31 fələstinlinin İsrail əsgərləri tərəfindən şəhid edilməsinə reaksiya göstərdilər.
 
 Paytaxt Vaşinqtondakı  İsrail Səfirliyi qarşısında toplanan izdiham  İsraili fələstinlilərə tətbiq etdiyi zorakılığı dayandırmağa çağırdı.
 
 İsrail rəhbərliyi və Binyamin Netanyahu əleyhinə şüarlar səsləndirən etirazçılar Qəzza Zolağındakı İsrail zorakılığının sona çatması üçün ABŞ rəhbərliyinə də müraciət etdilər.
 
 Bölgədə yaşayan fələstinlilərlə yanaşı sionizmə qarşı olan yəhudilərin dəstəklədikləri mitinqin iştirakçıları "Azad Fələstin" şüarları altında tələblərini səsləndirdikdən sonra insidentsiz şəkildə dağıldılar.



Әlaqәli Xәbәrlәr