PYD/PKK tәrәfdarları Avropa Şurasının binasına hücum edib

Anadolu Agentliyinin xәbәrinә әsasәn, binaya daxil olan terror tәşkilatı tәrәfdarları vә polis arasında qarşıdurma olub.

945499
PYD/PKK tәrәfdarları  Avropa Şurasının binasına hücum edib

Terror tәşkilatı PYD/PKK tәrәfdarları  Fransanın Strazburq şәhәrindә yerlәşәn Avropa Şurasının binasına hücum edib.

Anadolu Agentliyinin xәbәrinә әsasәn, binaya daxil olan terror tәşkilatı tәrәfdarları vә polis arasında qarşıdurma olub.

Tәxminәn 30 nәfәrdәn ibarәt qrupun binaya daxil olaraq terror tәşkilatının başçısı  Abdullah Öcalanın  sәrbәst buraxılması ilә әlaqәdar plakat asdıqları bildirilib.

Terror tәşkişlatı tәrәfdarlarının binaya necә daxil olduqları isә bilinmir.

Qeyd edәk ki, polisin qrupa gec müdaxilә etdiyi ifadә edilir.



Әlaqәli Xәbәrlәr