Soyuq müharibə və silah yarışı istəmirik”: Jens Stoltenberg

Bunu NATO-nun baş katibi Jens Stoltenberg Kanadanın paytaxtı Ottavaya səfəri zamanı deyib.

944912
Soyuq müharibə və silah yarışı istəmirik”: Jens Stoltenberg

Jens Stoltenberg, Ottava Universiteti Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin təşkil etdiyi konferensda etdiyi çıxışında, NATO-nun fərqli mövqelər və dəyişikləri dərhal mənimsəyən ən uğurlu hərbi alyans olduğunu, Soyuq müharibənin bir güllə atılmadan qazanıldığını. İfadə edərək: “Beynəlxalq inkişaflar NATO-nun vacibliyi və əhəmiyyətinin göstəricisidir. Ən bariz nümunə isə Əfqanıstan göstərilə bilər”.

Stoltenberg Rusiyanın 2014-ci ildən etibarən aqressiv siyasət izlədiyini, Krımın işğalı və ilhaqının yaşandığını xatırladıb. Terror təşkilatı DEAŞ-ın İraq və Suriyadakı fəaliyyətlərinin NATO-nun cənub sərhədində qeydə alındığına diqqət çəkib. Bunun NATO üzvü Türkiyənin təhlükəsizliyini təhdid etdiyini, Kanada daxil bir çox ölkənin NATO çərçivəsində müdafiə xərcləməsini artırdığını, bunun da yüksək qiymətləndirildiyini, gərginliklər azaldığında müdafiə xərclərinin də azaldığını, ancaq qeyri-müəyyənliklər və sabitsizliklərin artdığı bir dövrdə müdafiə xərclərinin məcburən artdığını vurğulayıb və NATO-nun bir müdafiə ittifaqı olduğunu xatırladıb.

Konfransın sonunda sualları cavablayan Stoltenbergin sözlərinə görə sabitsizliklərə qarşı daha güçlü kəşfiyyat toplayacaq sisteminə zərurət var.



Әlaqәli Xәbәrlәr