ABŞ Meksika ilə sərhədinə Daxili Asayiş Qoşunlarını yerləşdirəcək

Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Trump ABŞ-Meksika sərhədinə Daxili Asayiş Qoşunlarını yerləşdirmək üçün yerli hakimiyyət orqanlarına sərəncam verəcək.

944930
ABŞ Meksika ilə sərhədinə Daxili Asayiş Qoşunlarını yerləşdirəcək

ABŞ-ın paytaxtı Vaşinqtonda günlərdir mübahisə mövzusu olan Meksika divarı barəsində rəhbərlikdən  ilk açıqlama gəldi.

 Ağ Evdə jurnalistlərə müsahibə verən Daxili Təhlükəsizlik naziri Kirstjen Nielsen: "Prezident Donald Trump Müdafiə Nazirliyinə,  Daxili Təhlükəsizlik Nazirliyinə, qubernatorlara Daxili Asayiş Qoşunlarının cənub-qərb sərhədlərimizə yerləşdirilmək üçün hazırlıq işlərinin aparılması barəsində təlimat verdi" dedi.

Nielsen Daxili Asayiş Qoşunlarının bu axşamdan etibarən yerləşdirilməyə başlanacağını bildirdi.

 Ağ ev də  məsələ ilə bağlı açıqlama verdi. Açıqlamada: "Sərhəd Patrul dəstələrimizə  dəstək vermək məqsədilə prezident Donald Trump cənub sərhədlərinə Daxili Asayiş Qoşunlarına yerləşmə səlahiyyətini verdi" deyilir.Hər gün mindən çox adamın ABŞ sərhədlərindən qeyri-qanuni yolla keçdiyi vurğulanan açıqlamada bu rəqəmin illik 300 mindən çox olduğu qeyd edilir.

 Trumpın bu qərarına ilk dəstək isə Arizona qubernatoru Duq Duçedən (Doug Ducey) gəldi.

  Duçe Twitter hesabından, "Arizona Asayiş Dəstələrinin sərhədə yerləşdirilməsi qərarını məmnuniyyətlə qarşılayırıq. Vaşinqton məsələyə uzun zaman məhəl qoymayıb. Köməyə ehtiyac var.  Bu, Arizona üçün  dövlət təhlükəsizliyi məsələsidir" yazdı.



Әlaqәli Xәbәrlәr