Putin terror təşkilatı DEAŞ-ın Suriyada məğlubiyyətə uğradığını bildirdi

Suriya mövzusu ilə bağlı üçtərəfli toplantıda iştirak etmək üçün Türkiyənin paytaxtı Ankaraya gələn Rusiya prezidenti Vladimir Putin Moskva Beynəlxalq Təhlükəsizlik Konfransına məktub göndərdi.

944213

 Putinin məktubunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev oxudu.
 
 Putin məktubunda terror təşkilatı DEAŞ-ın Suriyada məğlubiyyətə uğradığını, lakin təşkilatın dünyanın hər tərəfində hücum həyata keçirmək potensialına malik olduğunu bildirərək: "DEAŞ sürətlə taktika dəyişdirmə və dünyanın müxtəlif şəhər və bölgələrində hücum həyata keçirmə potensialı daşıyır. Digər terror təşkilatları da böyük təhlükə təşkil edir" deyir.
 
 Qeyd edək ki, DEAŞ-ın böyük miqyyasda gerilədiyini qeyd edən ABŞ prezidenti Donald Trump ölkəsinin tezliklə Suriyadan çəkiləcəyini açıqlayıb.

Әlaqәli Xәbәrlәr