Rusiyanın 4 səfiri fəaliyyət göstərdikləri ölkələrin Xarici İşlər Nazirliklərinə çağırıldılar
Səfirlərin nə üçün XİN-ə çağrıldıqları ilə bağlı ətraflı məlumat verilmir.
937897

Rusiyanın 4 səfiri fəaliyyət göstərdikləri ölkələrin Xarici İşlər Nazirliklərinə çağırılıblar.
Rusiyanın Polşadakı səfiri Sergey Andreyev XİN-ə dəvət olunub. Andreyev məsələ ilə əlaqəli məlumatın Polşa tərəfindən veriləcəyini deyib.
Eyni zamanda, Rusiyanın Latviya, Litva və Estoniyadakı səfirləri də adıçəkilən ölkələrin XİN-inə çağırılıblar.
Səfirlərin nə üçün XİN-ə çağrıldıqları ilə bağlı ətraflı məlumat verilmir.