ABŞ-da trans-fərdlərin orduda xidmətini qadağan edən fərman imzalandı

Ağ Evdən verilən məlumata görə...

936861
ABŞ-da trans-fərdlərin orduda xidmətini qadağan edən fərman imzalandı

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp trans-fərdlərin orduda xidmət etməsini qadağan edən fərman imzaladı.

  Ağ Evdən verilən məlumata görə, D.Tramp bu qərarı ABŞ Müdafiə naziri Ceyms Mattis və hərbi ekspertlərin tövsiyələrilə edib. Fərmana görə, əməliyyat olmuş, dərman müalicəsi və tibbi yardıma ehtiyacı olan cinsi disfori əziyyəti çəkən insanların orduda xidmətinə icazə verilməyəcək.  

  Qeyd edək ki, hələ ötən ilin iyul ayında Donald Tramp “twitter” hesabından trans-insanların orduya getməyəcəklərini yazmış, avqust ayının əvvəlində isə ABŞ Müdafiə Nazirliyi - Pentaqona məktub göndərərək bu cür adamların əsgərliyə cəlb edilməsi və eyni zamanda, cinsiyyət dəyişikliyilə bağlı tibbi xərclərin ödənilməsinin dayandırılmasını tələb etmişdi.



Әlaqәli Xәbәrlәr