YPG/PKK tərəfdarları Almaniyada SPD binasına hücum etdi

“Frankfurter Rundschau” qəzetinin xəbərinə görə, təxminən 50 nəfər SPD-nin binasına girib.

935126
YPG/PKK tərəfdarları Almaniyada SPD binasına hücum etdi

  Almaniyada bölücü terror təşkilatı YPG/PKK tərəfdarları Frankfurt şəhərindəki Sosial Demokrat Partiyasının (SPD) binasına hücum edib.  

  “Frankfurter Rundschau” qəzetinin xəbərinə görə, təxminən 50 nəfər SPD-nin binasına girib.

  Terror təşkilatı tərəfdarları binaya üzərində "Azad Afrin" yazılan afişa və öz bayraqlarını asıb.

  Polis yaxın avtomobil yollarını nəqliyyata bağlayıb, ancaq hadisəyə müdaxilə etməyib.

  Terror təşkilatı tərəfdarları PKK-ya qarşı qadağanın götürülməsini tələb edib.



Әlaqәli Xәbәrlәr