Şimali Koreyanın ballistik raketləri Avropa ölkələrini hədəf ala bilər

Almaniyanın xarici kəşfiyyat qurumu BND Şimali Koreyanın Avropa ölkələrini hədəf alacaq qitələrarası ballistik raketlərə sahib olması barəsində xəbərdarlıq etdi.

933069

 Almaniyanın ən yüksək tirajlı qəzeti "Bild"in bazar qəzeti "Bild Am Sonntag"da dərc olunan xəbərdə BND-nin rəhbəri Ole Diehlin alman deputatları ilə keçirdiyi gizli görüşdə Şimali Koreyanın uzun mənzilli raketləri ilə bağlı açıqlamalar verdiyi bildirilir.
 
 Xəbərə görə, Diehl görüşdə: "Şimali Koreyanın raketlərinin Avropa və Almaniyanı hədəf ala biləcək mənzildə olduğunu deyə bilərik "deyib.
 
 Qəzet xəbərin mənbəyi kimi, görüşdə iştirak edən millət vəkillərini göstərir.
 
 Xəbərdə Şimali Koreyanın artıq qitələrarası ballistik raketlərini nüvə başlıqları ilə təchiz edəcək avadanlığa malik olduğu da qeyd edilir.

Әlaqәli Xәbәrlәr