Qətər ilə İtaliya texnologiya şirkəti arasında 3 milyard avroluq müqavilə imzalanıb

Mərkəzi İtaliyada olan texnologiya şirkəti Leonardo, Qǝtǝrǝ hərbi vertolyot satma mövzusunda razılığa gəlindiyini bildirib.

930023
Qətər ilə İtaliya texnologiya şirkəti arasında 3 milyard avroluq müqavilə imzalanıb

Müdafiə və aviasiya sahəsində fəaliyyət göstərən Şirkətdən yayılan məlumata görə Qətərdə təşkil olunan Doha Beynəlxalq Dəniz Müdafiə Sərgisi və Konfransı (DIMDEX 2018)-də Qətərli səlahiyyətlilər ilə müqavilə imzalanıb. Razılaşmaya görə quru əməliyyatları üçün 16 ədəd "NH90 TTH", dəniz əməliyyatlarında istifadə edilmək üzrə isə 12 ədəd "NH90 NFH" tipli hərbi helikopter satın alınacaq və bu texnikalara 3 milyard avro ödənəcək.

Qeyd edək ki, NH-90 layihəsi Almaniya, Fransa, İtaliya və Hollandiya ilə əməkdaşlıq çərçivəsində başladıldı və buraxılan ilk vertolyot 18 dekabr 1995-ci ildə istifadəyə verildi. NH-90 tipli helikopterlər yüngül ərintilərdən hazırlanmışdır.



Әlaqәli Xәbәrlәr