Liviya dəniz qüvvələri 119 qaçqını xilas etdi
Liviya Milli Razılaşma Hökumətinin dəniz qüvvələri ölkənin qərb sahili sularında 119 qaçqının xilas edildiyini bildirdi.
929068

Liviya Milli Razılaşma Hökumətinin dəniz qüvvələri ölkənin qərb sahili sularında 119 qaçqının xilas edildiyi barədə məlumat yaydı.
Məlumatda xilas olunanlar arasında Misir, Seneqal və digər Afrika ölkələrindən olan 11 qadın, və 2 uşağın da olduğu bildirilir.
Xilas edilən qaçqınların Tacura Sığınma Mərkəzinə göndərildiyi qeyd edilir.
Rəsmi mənbələrə görə, hazırda Liviyada 24 ölkədən olan miqrantlar var. Onların 95% -i Aralıq dənizi vasitəsilə Avropaya keçməyə çalışır.
Әlaqәli Xәbәrlәr

Malidə törədilən terror hücumu nəticəsində 6 əsgər ölüb
Malidə iki ayrı bazaya təşkil edilən terror hücumlarında altı əsgər həyatını itirib.

Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir
Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 135 mini keçib.