Dünyaca məşhur ingilis fiziki Stiven Hokinq 76 yaşında dünyasını dəyişdi

Ailəsinin verdiyi məlumata görə o, bu gün 76 yaşında dünyasını dəyişib.

929081
Dünyaca məşhur ingilis fiziki Stiven Hokinq 76 yaşında dünyasını dəyişdi

Böyük Britaniyalı nəzəriyyəçi, fizik Stiven Hokinq (Stephen Hawking ) vəfat etdi.

Ailəsinin verdiyi məlumata görə o, bu gün 76 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, Hokinq keçən il “BBC” müxbirilə müsahibəsində 75 yaşadək ömür sürəcəyini heç düşünmədiyini, təcrübəsini hələ də paylaşa bildiyi üçün özünü şanslı hiss etdiyini dilə gətirmişdi.

21 yaşında onda  sonralar iflicə səbəb olacaq yan amiotrofik sklerozun ilkin əlamətlərinin özünü biruzə verdiyini deyen Hokinq bu tarixden 54 il sonra hələ də çalışmaqda davam etdiyini və elmi məqalələr yazdığını ifadə etmişdir.

Stiven Hokinq 1942-ci ildə Oksfordda anadan olub. 1962-ci ildə Oksford Universitetini bitirib və nəzəri fizika ilə məşğul olmağa başlayıb. Elə həmin dövrdə Hokinqdə sonralar iflicə səbəb olacaq Yan amiotrofik sklerozun ilkin əlamətləri özünü biruzə verib. 1965-ci ildə Ceyn Vayldla evlənib, onun bir qısı və iki oğlu olub. 1974-cü ildə Hokinq London Kral Cəmiyyətinin üzvü seçilib. 1985-ci ildə boğazından keçirdiyi əməliyyatdan sonra danışıq qabiliyyətini itirmişdir.

Həmin dövrdən bəri fizik ətrafdakı insanlar ilə dostlarının ona bağışladığı əlil arabasına quraşdırılmış nitq sintezatoru vasitəsi ilə ünsiyyət saxlayırdı. O bu sintezatora əmrləri öz hərəkət qabiliyyətini saxlamış sağ alinin şəhadət barmağı vasitəsi ilə verirdi.

Ağır xəstəliyə baxmayaraq, Hokinq aktiv həyat tərzi sürdü, 2007-ci ildə o, hətta xüsusi hazırlanmış kostyumda çəkisizlik şəraitində uçuş həyata keçirdi.

 



Әlaqәli Xәbәrlәr