"Bu, ABŞ-ın daxili məsələsidir", B.Qasımi

İran ABŞ-dakı vəzifə dəyişikliyinin bu ölkənin daxili məsələsi olduğunu bildirdi.

929658
"Bu, ABŞ-ın daxili məsələsidir", B.Qasımi

İran ABŞ-dakı vəzifə dəyişikliyinin bu ölkənin daxili məsələsi olduğunu bildirdi.

İranın rəsmi xəbər agentliyi “İRNA” nın məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Behram Qasımi paytaxt Tehranda keçirdiyi növbəti mətbuat konfransında ABŞ Dövlət katibi Reks Tillorsonun prezident Tramp tərəfindən vəzifədən azad edilməsinə toxunaraq deyib ki, bu, ABŞ-ın daxili məsələsidir.

Qasımi Tillersonun yerinə vəzifəyə təyin olunan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonun İran əleyhinə çıxışlarının xatırladılması qarşısında isə deyib ki, ABŞ rəhbərliyindəki dəyişikliklər yeni deyil. İran üçün ABŞ-ın qlobal siyasətləri və Tehrana istiqamətli yanaşmaları əhəmiyyət kəsb edir.  Qasımi İranın öz mövqeyini ABŞ-ın izlədiyi siyasətlərə görə ortaya qoyduğunu dilə gətirib.

Sözçü Qasımi Suriya mövzulu Astana danışıqlarının zamin ölkələri Türkiyə, Rusiya və İranın xarici işlər nazirlərinin martın 16-da Astanada keçirəcəyi yığıncaqla əlaqəli isə bildirib ki, hər danışıqdan sonra yeni addımlar atılır.

Sözçü həmçinin Astanadakı yığıncağın Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın ev sahibliyində aprelin 3-də İstanbulda keçiriləcək Türkiyə-Rusiya-İran liderləri zirvə yığıncağına da hazırlıq olacağını vurğulayıb.



Әlaqәli Xәbәrlәr