ABŞ  müdafiə naziri Əfqanıstana səfər etdi

ABŞ  müdafiə naziri James Mattis Əfqanıstanın paytaxtı Kabilə sürpriz  səfər etdi.

929058
ABŞ  müdafiə naziri Əfqanıstana səfər etdi

ABŞ müdafiə naziri James Mattis Əfqanıstanın paytaxtı Kabilə sürpriz  səfər etdi.

Əfqanıstan prezidenti Əşrəf Qani Mattisi və rəhbərlik etdiyi heyəti Prezident Sarayında qəbul etdi.

Qani qəbulda  çıxış edərək ABŞ-a Əfqanıstana yardımı etdiyi və xüsusilə, terrorla mübarizədə dəstək verdiyi üçün təşəkkür etdi.

Əfqanıstan prezidenti ABŞ-ın yeni Əfqanıstan strategiyasını dəyişəcəyini və bunun sülh üçün böyük bir fürsət olduğunu söylədi.

Qani: ''Biz Pakistandakı Əfqanıstan qaçqınlarının  ölkəyə qayıtması üçün çalışırıq. Onların qayıdışı da sülhə böyük bir töhfə verəcək " dedi.

ABŞ müdafiə naziri Mattis də ölkəsinin Əfqanıstan hökuməti ilə Taliban arasında sülh danışıqlarının başlanmasını dəstəklədiyini vurğuladı.

Prezident Qaninin Talibanın sülh prosesinə qatılması üçün verdiyi açıqlamanı da dəstəklədiyini ifadə edən Mattis bundan müsbət nəticələr alındığı təqdirdə Əfqanıstanın davamlı sabitliyi əldə edəcəyini qeyd etdi.

Mattis ABŞ-ın hər sahədə Əfqanıstana dəstək verəcəyini qeyd etdi.



Әlaqәli Xәbәrlәr