Yaponiya Şimali Koreyanı nüvə tərkisilahı istiqamətində konkret addımlar atmağa çağırdı

Yaponiya Baş naziri Şinzo Abe Şimali Koreyanı nüvə tərkisilahı yolunda konkret addımlar atmağa çağırdı.

928474
Yaponiya Şimali Koreyanı nüvə tərkisilahı istiqamətində konkret addımlar atmağa çağırdı

Yaponiya Baş naziri Şinzo Abe Şimali Koreyanı nüvə tərkisilahı yolunda konkret addımlar atmağa çağırdı.
 
 Kyodo agentliyinin xəbərinə görə, Baş nazir Abe paytaxt Tokioda Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin rəhbəri Suh Hoon ilə görüşündən əvvəl verdiyi açıqlamada nüvə tərksilahı istiqamətindəki dialoqu müsbət qarşıladıqlarını bildirib.
 
 Abe: " Şimali Koreyanın nüvə tərksilahı yolunda konkret addımlar atmasının çox əhəmiyyətli hesab edirəm" deyib.
 
 Suh Hoon Abe ilə görüşdən sonra verdiyi açıqlamada Abenin Koreya yarımadasının nüvə tərkisilahı mövzusunda Şimali və Cənubi Koreya arasındakı əlaqələrin inkişaf etdirilməsi baxımından Cənubi Koreyanın dövlət başçısı Mun Jae-inin liderlik keyfiyyətlərini təqdir etdiyini söyləyib. 
 

Suh Abenin Şimali Koreya-Cənub Koreya və ABŞ - Şimali Koreya arasında aparılacaq danışıqların uğurlu keçməsi üçün əməkdaşlıq etməyə hazır olduğunu bildirdiyini qeyd edib.
 
 Yaponiyanın Baş nazirinin gələn ay ABŞ-a səfəri gözlənilir.



Әlaqәli Xәbәrlәr