Avropa Parlamentinin sədri: “Suriyada insanlıq ölür”

Avropa Parlamentinin sədri Tajani Şərq Qutada şiddətin sona çatması üçün çağırış edərək, heç nəyin günahsız insanların qətlə yetirilməsinə haqq qazandırmayacağını deyib.

928167

Avropa Parlamentinin (AP) sədri Antonio Tajani Strasburqda yığıncaq keçirən AP ümumi iclasının açılışında  Bəşər Əsəd rejimi və tərəfdarlarının Şərq Gutadakı mühasirəsinə toxunub.

Mühasirənin mindən çox can itkisinə gətirib çıxardığını və bölgədə minlərlə yaralı olduğunu vurğulayan Tajani vəziyyətin daha da ağırlaşdığını, bu səbəbdən BMT Təhlükəsizlik Şurası qərarının təcili olaraq tətbiq olunmasının vacibliyini qeyd edib.

"Suriyada insanlıq məhv olur və gəlin insanlığımızı itirməyək." deyə çağırış edən Tajani heç nəyin günahsız insanların qətlə yetirilməsinə haqq qazandırmayacağını deyib.

Tajani Cenevrə prosesi çərçivəsində siyasi həll yolu tapmağın əhəmiyyətinə toxunub və yaralıların təxliyyəsi üçün davamlı sülhün yaranmasının vacibliyi barədə xəbərdarlıq edib.

Әlaqәli Xәbәrlәr