Suriyada 7 ildir davam edən qanlı müharibənin nəticəsində...

Suriyada 7 ildir davam edən qanlı müharibədə 1,5 milyondan artıq insan toqquşmalardan mənbələnən daimi ruhi və fiziki xəstəliklərdən əziyyət çəkir.

927912

Əhalinin yarısından çoxu ya miqrant olaraq ölkə xaricinə yaxud Suriya ərazilərində qaçqın vəziyyətdə yaşayır.

BMT-nin Uşaq Fondu (UNİCEF)  yaydığı hesabatında ölkədə 86 min adamın toqquşmalara görə bir bədən üzvünün kəsilmək məcburiyyətində qaldığı bildirilib.

UNİCEF yaxşı tibbi yardım və psixoloji terapiyası çatışmazlığına görə Suriyada hərbdən əziyyət çəkənlərin yaralarının yavaş sağaldığı yaxud vəziyyətinin daha da ağırlaşdığı barədə xəbərdarlıq edib.

Hesabatda xeyli sayda uşağın ailəsini itirdiyinə də diqqət çəkilib.

Məlumata görə, Suriya probleminə tərəf olanlar 2017-ci ildə 900-ə yaxın uşağı hərbə göndərib. Azyaşlı əsgərlərin dörddə bir faizi isə 15 yaşdan kiçikdir.

Әlaqәli Xәbәrlәr