PKK/YPG tərəfdarları hava limanında Türk sərnişinlərə hücum etdilər

Almaniyanın Düsseldorf hava limanında separatçı terror təşkilatı PKK/YPG tərəfdarları icazəsiz aksiya keçirdilər.

927478
PKK/YPG tərəfdarları hava limanında Türk sərnişinlərə hücum etdilər

Almaniyanın Düsseldorf hava limanında toplaşan bir qrup PKK/YPG tərəfdarı Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun Budağı" əməliyyatını bəhanə edərək icazəsiz aksiya keçirdilər.
 
 Aralarında qadınların da olduğu aksiya iştirakçıları plakatlar açaraq və şüarlar səsləndirərək Türk sərnişinlərə hücum etdilər.
 
 Alman polisi hadisəyə bibər qazı ilə müdaxilə etdi.
 
10 nəfər yaralandı.



Әlaqәli Xәbәrlәr