Berlindəki Kocasinan məscidi yandırıldı

Almaniyanın paytaxtı Berlində Diyanət İşləri Türk-İslam Birliyinə aid Kocasinan məscidinə şənbə gecəsi hücum olub və məscid istifadəyə yararsız hala düşüb.

927308
Berlindəki Kocasinan məscidi yandırıldı

  Berlinin Uiydinq (Wedding) bölgəsində yerləşən Kocasinan məscidinə hücum gecə saat 2-də edilib. Şahidlərin söylədiyinə görə, hücumu üzlərini gizlədən 3 nəfər törədib. 

  Məscidin ön qapısını sındıran cinayətkarlar sonra içəriyə yandırıcı maddə atıblar, qısa müddətdə alov məscidi bürüyüb. Yanğın 2 saat ərzində söndürülüb.

 Berlinin Baş konsulu Mustafa Polad hadisə ilə bağlı deyib: “Hücum ya xain separatçı terror təşkilatı PKK, ya da Türkiyənin başqa xarici düşmənləri tərəfindən törədib”.

  Hadisə zamanı ölən və yaralanan olmayıb.

  Hücumla əlaqədar polis istintaqa başlayıb.

  Məscidin yandırıldığı xəbərini eşidən çox sayda türk bazar günü Zöhr namazını küçədə etməklə reaksiyasını göstərib.



Әlaqәli Xәbәrlәr