Türkiyə-ABŞ  texniki komitə toplantısı davam edir

Türkiyə-Amerika Birləşmiş Ştatları (ABŞ) əlaqələri ilə bağlı problemlərin həllini məqsəd götürən texniki komitələrin ilk iclası dünən Vaşinqtonda start götürüb.

925955
Türkiyə-ABŞ  texniki komitə toplantısı davam edir

ABŞ dövlət departamentinin Sözçüsü Heather Nauert, Türk və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə baş tutan ilk texniki komitə yığıncağında Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsinə başlatdığı Zeytun Budağı əməliyyatı daxil olmaqla bir çox mövzunun müzakirə edildiyini bildirib.

Sözçü Nauert, heyətlər arası danışıqların bu gün də davam edəcəyini, suriya ilə ələqali müzakirə ediləsi xeyli mövzu olduğunu vurğulayıb.

Nauert jurnalistlərin ünvanladıqları bir suala, ‘Afrin əməliyyatının müzakirə mövzuları arasında iştirak etməsi sürpriz hesab edilməməlidir’ deyə cavab verib.

 20 nəfərdən ibarət ABŞ nümayəndə heyətinə dövlət katibliyində Avropa Avrasiya Məsələləri Üzrə Müşavir Wess Mitçelin başçılıq etdiyini qeyd edən Nauert, bu gün baş tutacaq danışıqlardan sonra yazılı bəyanat yayacağını qeyd edib.



Әlaqәli Xәbәrlәr