Trampın iqtisadi müşaviri Qeri Con istefa verdi

ABŞ prezidenti Donald Trampın iqisadi müşaviri Qeri Con (Gary Cohn) idxal dəmir və alüminiuma tətbiq edilməsi planlaşdırılan gömrük vergisi səbəbi ilə istefa verib.

924289
Trampın iqtisadi müşaviri Qeri Con istefa verdi

  Tramp rəhbərliyi ilə vidalaşan Con vəzifəsindən gedəcəyinə dair xəbərləri yazılı bəyanatla təsdiq edib. O, mövzu ilə əlaqədar açıqlamasında bildirib: “Ölkəmə xidmət etmək və xüsusən tarixi vergi islahatı kimi Amerika xalqının inkişafına töhfə verəcək iqtisadi siyasətləri həyata keçirməkdən şərəf duydum. Prezident Trampa da bu addımları atmağıma imkan yaratdığı üçün minnətdaram. Özünə və rəhbərliyinə gələcəkdə böyük uğur arzulayıram”.
  Prezident Tramp Conun istefasından sonra verdiyi açıqlamada bunları qeyd edib: “Qeri mənim Baş iqisadi müşavirim kimi siyasətlərimizi idarə etmək, tarixi vergi güzəştlərini və islahatlarını həyata keçirməkdə yardım etmək və Amerika iqtisadiyyatının inkişafına dair əhəmiyyətli addımlar atdı. O nadir bir istedaddır və ona amerikalılara göstərdiyi xidmətlərə görə təşəkkür edirəm. Conun yerinə təyin olunacaq adı qısa müddətdə açıqlayacağam”. 

  Qeyd edək ki, Ağ Evin Baş iqtisadi müşaviri olmaq üçün "Goldman Sachs"a rəhbərliyindən imtina etmiş Qeri Con 500 milyon dolların üzərində olduğu güman edilən sərvətilə Trampın komandasında ən zəngin adlardan biri idi.

 



Әlaqәli Xәbәrlәr