İranın ballistik raket proqramı Fransa və müttəfiqləri üçün ciddi narahatlıq səbəbidir

Fransa İranın ballistik raket proqramınının Fransa və müttəfiqləri üçün ciddi narahatlığa səbəb olduğunu bildirdi.

922703

Fransanın Xarici İşlər naziri Jan- İv Le Drian (Jean-Yves Le Drian) bugün İranın paytaxtı Tehrana edəcəyi səfərindən əvvəl açıqlama yayaraq bildirib ki, Fransa İranın nüvə sazişinə əməl etməkdə davam edəcəkdir. İranın sazişlə bağlı öhdəliklərini yerinə yetirməyə davam etməsi vacibdir. Bu ölkənin ballistik raket proqramı Fransa və müttəfiqləri üçün ciddi narahatlığa səbəb olur. Proqram BMT TŞ-nın 2231 nömrəli qərarına uyğun deyil və bölgədə sabitliyi pozan bir faktdır.

İranın dövlətlərin suverenliyinə hörmət göstərərək Orta Şərqdə yaşanan böhranlara həll yolu tapılması mövzusunda töhfə verməsini istədiklərini bildirən Le Drian İrana səfəri zamanı Suriyadakı humanitar vəziyyət, Yəmən, Livan və İraq kimi İranın da daxil olduğu regional mövzuların müzakirə olunacağını vurğulayıb.

Nazir İran prezidenti Həsən Ruhani və həmkarı Məhəmməd Cavad Zərif ilə görüş keçirəcək.

Әlaqәli Xәbәrlәr