Avropada tüğyan edən soyuq hava kütləsi 48 nəfərin həyatına son qoydu

Soyuq hava kütləsi son altı gün ərzidə Avropada 48 nəfərin donaraq ölməsinə səbəb oldu.

920874
Avropada tüğyan edən soyuq hava kütləsi 48 nəfərin həyatına son qoydu

Soyuq hava kütləsi son altı gün ərzidə Avropada 48 nəfərin donaraq ölməsinə səbəb oldu.

Çərşənbə günü gecə havanın temperaturi  -20 dərəcəyə qədər düşən Belçika və İsveçrədə ilin ən soyuq gecəsi yaşandı.

Polşada 18, Çexiyada 6, Litvada 5, Fransa 4 , Slovakiyada 4, İtaliyada 2, Serbiyada 2, Rumıniyada 2 və Sloveniyada 2 nəfər soyuqdan donaraq öldü.

Ölənlərin arasında evsizlərin də olduğu bildirilir.

Bu səbəbdən Almaniyada sığınma evlərinə qapılarını 24 saat açıq tutmaları üçün çağırış edildi.

Serbiyadan gələn və ingilis mətbuatının "Şərqin Canavarı" adlandırdığı soyuq hava kütləsi Avropanın böyük bir hissəsini qar alrtında qoydu.

Xorvatiyanın Delnice qəsəbəsində qarın qalınlığı 182 santimetrə çatdı.
 
 Almaniyanın ən yüksək dağı olan Zugspitzedə çərşənbə axşamı gecəsi temperatur Selsi şkalası ilə -30,5 dərəcəyə qədər düşdü.
 
Güclü qar  İsveçrənin Cenevrə şəhərində hava nəqliyyatında çətinliklərə səbəb oldu.
 
 Ayda 1.5 milyon sərnişinin səfər etdiyi Cenevrə hava limanı qeyri-müəyyən müddətə bağlandı.
 
 Bu səhər açılan Şotlandiyadakl Glasgow aeroportunda da çox uçuş ləğv edildi.
 
 Kosovo, Albaniya, İngiltərə, İtaliya və Portuqaliyanın böyük hissəsində də fırtına səbəbindən məktəblərdə tətil elan edildi.
 
Bu həftənin sonundan etibarən Avropanın böyük bir hissəsində  Sibir soyuqlarının təsirinin keçəcəyi gözlənilir.

 



Әlaqәli Xәbәrlәr