Şimali Koreya lideri hiyləgər üsulla Brazilya pasoportu alıb

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In və onun atası Kim Çen İr hiyləgər üsulla Braziliya pasportuna malik olub.

920157
Şimali Koreya lideri hiyləgər üsulla Brazilya pasoportu alıb

Reuters agentliyinin qərbi  Avropanın 5 fərqli təhkükəsizlik  mənbəyinə   əsaslandırdığı məlumatda bildirilir ki, 1990-cı illərdə Avropa ölkələrindən viza almaq və səfər edə bilmək üçün Kim Çen İr özü və hazırda prezident olan övladı Kim Çen In üçün saxta pasport hazırladıb.

Koreya Xalq Demokratik Respublikasının liderlərinin malik olduqları pasportla Avropa ölkələrinə səfər reallaşdıra bildikləri məlum deyil. Həmçinin ehtimal olunur ki, hakim ailənin nümayəndələri bu pasportlarla Braziliya, Yaponiya və Honkonqa gedə bilib.

Qeyd edək  ki,  Çexiyanın Braziliyadakı səfirliyi tərəfindən verilən pasportlar 26 fevral 1996-cı ildən 26 fevral 2006-cı il tarixinə qədər etibarlı olub.

Agentliyin  məlumatına  görə   Braziliya Xarici İşlər Nazirliyi  məsələ  ilə   əlaqəli   təhqiqat  başladıb. 



Әlaqәli Xәbәrlәr