Hərbi bazaya içində təhlükəli maddə olan zərf göndərilib

Amerika Birləşmiş Ştatlarının Virciniya eyaletindeki Fort Myer-Henderson Birgə Hərbi bazasına içində bilinməyən maddə olan zərf göndərilib.

919686
Hərbi bazaya içində təhlükəli maddə olan zərf göndərilib

Amerika Dəniz mühafizə qüvvələri və Arlington rayon Yanğın söndürmə idarəsinin sosial media hesablarında hadisə ilə əlaqəli məlumatda bildirilib ki, göndərilən və içində bilinməyən maddə olan zərfin açıldığı yerdəki  hərbçilərdən 11-i təsirlənib.

Baza səlahiyyətlilərinin zərərli maddə üzrə ofisi ilə Federal Araşdırma Bürosuna hadisə haqqında məlumat verildiyi, zərər çəkənlərin isə tibbi yardım qəbul etdikləri bildirilib. Onlardan üçünün vəziyyəti ağırdır.

ABŞ Müdafiə Nazirliyinin bəyanat yaymadığı hadisə ilə əlaqəli ətraflı istintaq başladılıb.



Әlaqәli Xәbәrlәr