ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürüləcəyi tarix açıqlandı

Bu barədə ABŞ Dövlət Departamentinin  nümayəndəsi mәlumat verib.

917131
ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürüləcəyi tarix açıqlandı

ABŞ-ın İsrailin Tel-Əviv şəhərindəki səfirliyinin Qüdsə köçürüləcəyi tarix açıqlanıb.

Bu barədə ABŞ Dövlət Departamentinin  nümayəndəsi mәlumat verib.

‘‘Mayın 14-də səfirliyin Qüdsdә  fəaliyyətə başlamasını planlaşdırırıq. Səfirlik hazırkı ABŞ Konsulluğunda yerləşəcək. Onun açılışı İsrailin 70 illiyinə həsr olunacaq”, deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.

Qeyd edək ki, 2017-ci il, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını və ABŞ-ın Tel-Əvivdəki səfirliyini Qüdsə köçürüləcəyini bəyan edib.



Әlaqәli Xәbәrlәr