Polis məntəqəsinə hücum edilib,5 polis ölüb

Cənubi Afrikada polis məntəqəsinə silahlı hücum nəticəsində 5 polis əməkdaşı həyatını itirib.

915195
Polis məntəqəsinə hücum edilib,5 polis ölüb

Polis Baş idarəsinin sözçüsü Tuğgeneral Vişnu Naidu, mövzu ilə əlaqəli açıqlamasında bildirib ki, “Səhər saatlarında ölkənin Eastern Cape əyalətindəki polis bölməsinə təşkil edilən hücum nəticəsində üç polis məmuru həyatını itirib. İki polis əməkdaşı isə girov götürüldükdən sonra öldürülüb. Hücum zamanı bölmədən xeyli silah-sursat oğurlanıb. Polis Baş idarəsinin rəhbəri John Sitole də qeyd edib ki, təcavüzkarların tutulmaları üçün istintaq başladılıb.

 



Әlaqәli Xәbәrlәr