Nigeriyada silahlı hücum nəticəsində 18 nəfər öldürülüb

Silahlıların hansı qruplaşmanın üzvləri olduqları hələlik məlum deyil.

911515
Nigeriyada silahlı hücum nəticəsində 18 nəfər öldürülüb

Nigeriyada silahlı hücum nəticəsində 18 nəfər öldürülüb.

Hadisə Zamfara vilayətində baş verib. Silahlı qrup vilayətin Birani kəndinə hücum edərək 18 nəfəri qətlə yetirib.

Silahlıların hansı qruplaşmanın üzvləri olduqları hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bölgədə əsasən çobanlarla fermerlər arasında silahlı qarşıdurmalar baş verir. Plateau vilayətində baş vermiş son silahlı hücum nəticəsində 5 nəfər öldürülüb. 



Әlaqәli Xәbәrlәr