ABŞ-ın Müdafiə naziri Cim Mattisin YPG/PKK etirafı

ABŞ-ın Müdafiə naziri Cim Mattis (Jim Mattis) ölkəsinin dəstəklədiyi SDG adından istifadə edən YPG/PKK ünsürlərinin bir hissəsinin digər bölgələrdən Afrinə girdiyini qəbul etdi.

908386
ABŞ-ın Müdafiə naziri Cim Mattisin YPG/PKK etirafı

ABŞ-ın Müdafiə naziri Cim Mattis (Jim Mattis) ölkəsinin dəstəklədiyi SDG adından istifadə edən YPG/PKK ünsürlərinin bir hissəsinin digər bölgələrdən Afrinə girdiyini qəbul etdi.

Mattis Avropa ölkələrinə səfəri zamanı jurnalistlərə DEAŞ-la mübarizə barədə açıqlama verdi və sualları cavablandırdı.

DEAŞ-a qarşı mübarizənin Suriyada davam etdiyini bildirən Mattis deyib ki, PYD/PKK-nın başçılığını etdiyi SDG daxilindəki bəzi kürdlərin Afrindəki əməliyyatlara görə “diqqətləri yayındı” və Afrinə getdilər. Ayrıca hazırda Afrində davam edən diqqəti yayındıran vəziyyət var. Kürdlərin Afrində hücum altında olduğunu görürlər və bu da onların diqqətlərinin yayınmasına səbəb olur. 

Mattis həmçinin Türkiyənin sərhədləri daxilində “terror aktlarının” davam etdiyi yeganə ölkə olduğunu bildirərək “Türkiyənin Suriya sərhədlərinə dair qanuni təhlükəsizliklə bağlı narahatlıqları var və biz bunu inkar etmirik.

Mattis istər İsrail istərsə Livan, İordaniya və ya Türkiyə olsun qanuni təhlükəsizlik narahatlıqları olan ölkələrin bu narahatlıqlarını başa düşdüklərini bildirib.

Qeyd edək ki, Pentaqon daha əvvəl bəzi SDG ünsürlərinin qüvvələrinin yerini dəyişdiyini dilə gətirmiş, ancaq rəsmi olaraq Afrinə qüvvələrin göndərildiyinə dair açıqlama verməmişdi.

Bu arada Türkiyənin Milli Müdafiə naziri Nurəddin Caniklinin həftə ərzində Mattislə Brüsseldə görüşəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr