ABŞ dövlət katibi Rex Tillerson Türkiyəyə səfərə gəlir

Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət departamentinin rəhbəri Rex Tillersonın Türkiyəyə reallaşdıracağı səfəri zamanı baş tutacaq danışıqlar nəticəsində ikitərəfli əlaqələr ya normallaşacaq ya da tamamilə pozulacaq. Bunu XİN Mevlüt Çavuşoğlu deyib.

908869
ABŞ dövlət katibi Rex Tillerson Türkiyəyə səfərə gəlir

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, İstanbulda keçirilən Türkiyə-Afrika Birliyi Konfransında çıxışı zamanı ABŞ ilə əlaqələrin çox həssas mərhələdə olduğuna diqqət çəkərək: “Türkiyənin ABŞ-dan gözləntisi aydırdır. Artıq biz vəd yok, konkret addımlar istəyirik. Sarsılan güvən bərpa edilməlidir. Bu güvənin pozulmasına səbəb olan tərəf isə ABŞ-dır. Türkiyə heç bir müttəfiqinə və dostuna qarşı səhv addım atmaz. Lakin müttəfiqimiz olan ABŞ-nın terror təşkilatlar FƏTÖ və PKK ilə əlaqədar səhvləri aşkardır. Dövlət katibi Tillersonun ziyarəti zamanı bütün bu mövzuları müzakirə edəcəyik.

Qeyd edək ki, Tillerson Türkiyəyə səfəri çərçivəsində Xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşəcək. Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək. Danışıqlar zamanı Suriyanın Afrin bölgəsinə istiqamətli başladılan Zeytun Budağı əməliyyatı başda olmaqla ikitərəfli əlaqələr müzakirə ediləcək.



Әlaqәli Xәbәrlәr