Tayvanı sarsıdan zəlzələ

Tayvanın şərq sahilində çərşənbə axşamı günü meydana gələn 6 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 14-ə, yaralıların sayı 280-ə yüksəlib.

908145
Tayvanı sarsıdan zəlzələ

  Tayvan Mərkəzi Xəbər Agentliyi CNA xəbərinə görə, Hualiendə 3 nəfər də itkin düşüb.  

  Yaponiya axtarış-xilasetmə işlərinə dəstək məqsədilə regiona bir qrup göndərib.

 Tayvan Mərkəzi Meteorologiya Bürosunun verdiyi məlumata görə, yerin 10,6 kilometr dərinliyində qeydə alınan 6 bal gücündə zəlzələnin episentri Hualien şəhərinin 18,3 kilometr şimal-şərqində olub.  

  Zəlzələ şəhərdəki çox sayda bina, körpü və avtomobil yoluna zərər verib. Hualien yaxınlığındakı şəhərlərdə təhlükəsizliklə əlaqədar olaraq metro xətləri təxirə salınıb. Zəlzələ bölgəsində məktəblərə tətil verilib və iş yerləri müvəqqəti olaarq bağlanılıb.


Etiketlәr: #Tayvan zəlzələ

Әlaqәli Xәbәrlәr