ABŞ-ın Şərqi Quta ilə əlaqəli açıqlaması

ABŞ Şərqi Quta və İdlib daxil olmaqla Suriyada rejim və Rusiyanın hava hücumlarından ciddi səviyyədə təşviş duyduğunu açıqladı.

907106
ABŞ-ın Şərqi Quta ilə əlaqəli açıqlaması

ABŞ Şərqi Quta və İdlib daxil olmaqla Suriyada rejim və Rusiyanın hava hücumlarından ciddi səviyyədə təşviş duyduğunu açıqladı.

ABŞ Dövlət Departamentinin sözçüsü Hizır Noert (Heather Nauert) mövzu ilə əlaqəli açıqlamasında ölkəsinin İdlib, Şərqi Quta və Suriyanın digər bölgələrində şiddətin artmasından, rejim və Rusiya hava hücumlarından ciddi səviyyədə təşviş duyduğunu bildirdi.

Son 48 saatda rejimin kimyəvi silahdan istifadə etdiyinə dair xəbər əldə etdiklərini bildirən sözçü Noert hücumların başa çatmasının vacibliyini dilə gətirərək BMT-nin Şərqi Qutaya humanitar yardımların çatdırılması üçün şiddət hadisələrinə fasilə verilməsi və səhhətlərinə görə 700 mülki vətəndaşın ölkədən çıxarılmasına dair çağırışa dəstək olduqlarını, Rusiyanın rəsmi Dəməşq üzərindəki nüfuzunu işə salmasının lazım olduğunu qeyd etdi.



Әlaqәli Xәbәrlәr