İsrail qüvvələri Cenin şəhərinə 48 saatda üçüncü dəfə basqın etdi

İsrail qüvvələri İordan çayının qərb sahilində yerləşən Cenin şəhərinin Burkin yaşayış məntəqəsinə hücumlarını davam etdirir.

904222
İsrail qüvvələri Cenin şəhərinə 48 saatda üçüncü dəfə basqın etdi

İsrail qüvvələri İordan çayının qərb sahilində yerləşən Cenin şəhərinin Burkin yaşayış məntəqəsinə hücumlarını davam etdirir.

Bölgənin bələdiyyə sədri Məhəmməd Sabah “Ümumilikdə xüsusi qüvvələrdən ibarət İsrail əsgərləri Burkində evlərə basqın etdilər. Cərrar ailəsindən 2 qardaşı saxladılar.” deyib.

Məhəmməd Sabah əsgərlər ilə bölgə əhalisi arasında baş verən toqquşmada fələstinli bir gəncin yaralandığını və İsrail əsgərlərinin 2 maşını müsadirə etdiklərini söyləyib.

Qeyd edək ki, İsrail qüvvələrinin keçən həftə həmin bölgəyə etdiyi hücumu nəticəsində bir fələstinli gənc şəhid olmuşdu.  

Bölgə sakinləri İsrail qüvvələrinin Əhməd Cərrar adlı fələstinlini axtardığını irəli sürərək evlərə basqın etdiyini bildirir. Cərrarın təqribən bir ay əvvəl Nablusda bir yəhudi sakinin ölümündən məsul tutulduğu iddia edilir.



Әlaqәli Xәbәrlәr