Hindistan quldurları və itən tankerini tapdı

Qərbi Afrika ölkəsi Benin limanından ayrıldıqdan sonra 31 yanvardan bu yana xəbər alınmayan Hindistana məxsus neft tankeri quldurlardan azad edilib.

904878
Hindistan quldurları və itən tankerini tapdı

   Özəl şirkətin rəsmiləri "Marina Express" neft tankerindəki 22 ekipaj üzvünün də xilas edildiyini bildirib.

  Açıqlamada yazılır: “Ekipajın sağlığı yerindədir və tankerdəki 13 min 500 tonluq neft də oğurlanmayıb. Ailələrə səbr etdikləri üçün təşəkkür edirik. Hadisə ilə bağlı istintaq başlanılıb”.

  Xatırladaq ki, Hindistan Xarici İşlər naziri Suşma Svaraj (Sushma Swaraj) sosial media üzərindən paylaşdığı mesajda Mumbai mərkəzli özəl şirkətə məxsus "Marina Express" neft tankerinin 22 ekipaj üzvü ilə yanvarın 31-də Qvineya Körfəzində yox olduğunu açıqlamış, onu tapmaq üçün Nigeriya və Benin Dəniz Donanmasından yardım istəmişdi.



Әlaqәli Xәbәrlәr