Qvineya körfəzində 22 dənizçinin olduğu tanker itib

Hindistan Xarici İşlər Naziri Sushma Swarajin məlumatına görə göyərtəsində 22 hind dənizçinin olduğu "Marine Express" tankeri Qvineya körfəzində itib.

903893
Qvineya körfəzində 22 dənizçinin olduğu tanker itib

Gəminin Mumbai şəhərində xüsusi bir şirkətə aid olduğunu ifadə edən Nazir Swaraj, Panamada qeydiyyatdan keçən gəminin heyət üzvləri ilə əlaqə yoxdur.

Sonuncu dəfə onlardan informasiya, tanker Benin sahillərində lövbər salarkən daxil olub. DTV telekanalının məlumatına görə gəmi sahibləri tankerin yük və pul üçün piratlar tərəfindən qaçırıla biləcəyini istisna etmirlər. Çünki tankerdə 8,1 milyon dollarlıq 13,5 min ton neft olub. Hindistanın Gəmiçilik Nazirliyi, tankerin axtarışına kömək etmələri üçün Benin və Nigeriyanın rəsmi şəxslərinə müraciət ünvanlayıb.

 

 



Әlaqәli Xәbәrlәr